Tokio-2020: Rafael Ağayev yarımfinalda!

saytların hazırlanması

Evə çatdırılma

Tokio-2020: Rafael Ağayev yarımfinalda!

İdman

06 Avqust 2021 14:32 1080


Karateçimiz Rafael Ağayev (75 kq) bu gün Tokio-2020-də mübarizəyə başlayıb.

Yenisabah.az xəbər verir ki, idmançımız B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajikanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da təmin edəcək. O, artıq ilk üç döyüşündə qələbə qazanıb və liderliyə yüksəlib. Son görüşün nəticəsindən asılı olmayaraq yarımfinala adlayıb.

Qeyd edək ki, o, son görüşündə uduzsa belə, ən pis halda qrup ikincisi kimi "pley-off"a adlayacaq. Sezar pizza

Ağayevin döyüş proqramı:

1) Rəfael Ağayev - Noa Biç - 2:1.

2) Rəfael Ağayev - Çuneari Yahiro - 5:0

3) Rəfael Ağayev - Nurkanat Ajikanov - 3:2

4) Rəfael Ağayev - Luici Busa

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!