Tokio-2020: Sabah iki idmançımız mübarizəyə qoşulacaq

saytların hazırlanması

Evə çatdırılma

Tokio-2020: Sabah iki idmançımız mübarizəyə qoşulacaq

İdman

26 İyul 2021 23:44 1541


"Tokio-2020” Yay Olimpiya Oyunlarının beşinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulacaq.

Yenisabah.az xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq. pizza mizza

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!