Tokio-2020: Hacı Əliyev yarımfinalda

saytların hazırlanması

Evə çatdırılma

Tokio-2020: Hacı Əliyev yarımfinalda

İdman

06 Avqust 2021 09:20 897


Ötən gün Azərbaycanın iki sərbəst güləşçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Yenisabah.az xəbər verir ki, əvvəlcə 97 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq. pizza

65 kq-da çıxış edən Hacı Əliyev isə 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!