Tokio Olimpiadasında Azərbaycan bayrağını iki nəfər daşıyacaq? - MOK-dan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Tokio Olimpiadasında Azərbaycan bayrağını iki nəfər daşıyacaq? - MOK-dan AÇIQLAMA

İdman

05 İyul 2021 20:30 1746


“Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycandan bir bayraqdar olacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bu gün jurnalistlərə açıqlamasında gender bərabərliyini nümayiş etdirmək üçün açılış mərasimində iki bayraqdarla təmsil olunacaqlarını bildirib. Sezar pizza

Bəs bizdə də iki bayraqdar olacaqmı? Çingiz Hüseynzadə bu məsələyə aydınlıq gətirib:

“Biz daha əvvəl də bildirmişik ki, Azərbaycanın bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. İki bayraqdarla çıxış etmək kimi məcburiyyət yoxdur. Bu səbəbdən də bizim idmançı heyətdən Azərbaycan bayrağını yalnız Rüstəm daşıyacaq”.

Qeyd edək ki, Tokio Olimpiadasının açılış mərasimi iyulun 23-də olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!