Tokio Olimpiadasında inanılmaz hadisə:   Rəqibinin qulağını...

saytların hazırlanması

Evə çatdırılma

Tokio Olimpiadasında inanılmaz hadisə: Rəqibinin qulağını...

İdman

28 İyul 2021 13:33 1257


Yaponiyanın ev sahibliyi etdiyi 2020-ci il Tokio Olimpiadasında boks qarşılaşması zamanı maraqlı hadisə yaşanıb. Mərakeşli Youness Baalla Yeni Zellandlı rəqibi David Nyikanın qulağını dişləməyə çalışıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərakeşli boksçu Baalla matçın üçüncü və son raundunda rəqibi Nyikanın qulağını dişləməyə cəhd edib. Nyika son anda fiziki zərər görmədən özünü xilas etməyi bacarıb. 

Qeyd edək ki, buna oxşar hadisə 1997-ci ildə ABŞ boksçuları arasında da yaşanıb. Nyu York şəhərindəki Madison Square Garden-da oynanan ağır çəkidə çempionluq görüşündə Tyson rəqibi Holyfield-in qulağını dişlədiyi üçün mübarizədən kənarlaşdırılıb. Bu hadisədən sonra Taysonun boks lisenziyası 15 ay müddətinə ləğv edildi. pizza mizza

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!