Tolik bayrağımızın rənglərini qarışdıran Şəbnəmin müdafiəsinə qalxdı 

saytların hazırlanması

Evə çatdırılma

Tolik bayrağımızın rənglərini qarışdıran Şəbnəmin müdafiəsinə qalxdı 

Şou

14 Oktyabr 2020 12:07 7946


Müğənni Şəbnəm Tovuzlu ötən gün üzünə bayraq çəkdirərək, fotosessiya etdirib. İfaçının türkçülüyün rəmzi olan mavi rəng əvəzinə, üzünə tünd bənövşəyi rəng çəkdirməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. O, bu hərəkətinə görə tənqid atəşinə tutulub.

Yenisabah.az xəbər verir ki, prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) tənqidlərdən sonra Ş.Tovuzlunun müdafiəsinə qalxıb. Sosial şəbəkə hesabında müğənninin qalmaqallı fotosunu paylaşan Tolik günahın onda yox, bayrağı çəkən stilistdə olduğunu bildirib:

“Səndə bir günah yoxdur, günah adını stilist qoyandadır ki, bayrağın rənglərini tanımır”. Dominos pizza

Qeyd edək ki, Ş.Tovuzlunun obrazı üzərində stilist, vizajist Elman işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!