Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) “Toylar kralı” yarışması ilə bağlı iradlara cavab verib.
Yenisabah.az xəbər verir ki, o, instaqramda bu barədə yazıb:
““Toylar kralı” yarışmasında heç kimin sözünün keçməsinə icazə vermədim. Kimsə ağzının qatığını dağıdar, güvəndiyi kim olursa-olsun, cavabını verərək. Heç kim mənim nə ağamdır, nə də heç kimin sözü ilə oturub-duranam. Kişiliyiniz, hünəriniz çatır üzümə deyin. Güvəndiyiniz dağlara elə qar yağdıraram ki, adınız yadınızdan çıxar. pizza
Münsiflərimin dırnağının bildiyini sizin “manıs”lar bilmir. Ona görə də susun, mən danışsam, pis olacaq”.
Telegram kanalımız