Tolik od püskürdü: Açıq-aşkar fahişəlik təbliğ olunur

saytların hazırlanması

Evə çatdırılma

Tolik od püskürdü: Açıq-aşkar fahişəlik təbliğ olunur

Şou

29 Noyabr 2025 10:07 23536


Prodüser və aparıcı Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” verilişində Daxili İşlər Nazirliyinə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkələrdə olan özbaşınalıqlardan danışıb. 

Aparıcı bildirib ki, bu gün “TikTok”da pozğunluq təbliğ olunur: pizza

“Bu gün rəsmi olaraq qadınlar sosial şəbəkələrdə pozğunluğu təbliğ edərək, hamam və sauna reklamları edirlər. Bu açıq-aşkar fahişəliyin təbliğatıdır. Bunun qarşısı niyə alınmır? Harada gəlmisiniz? Niyə bu cavan uşaqları xəstələndirirsiniz? Siz onsuz da bədbəxtsiz. Onların ailə qurduqları qadınlar necə olacaq? Hələ heç otelləri demirəm. Yarım saatı 25 manata olan yerə kim ailəsi ilə birlikdə gedər?”.

Tolikin bu çıxışı sosial mediada birmənalı qarşılanmayıb. Onun fikirlərinə münasibət bildirənlər qeyd ediblər ki, əxlaqsızı təbliğ edənlər elə efirlərdir. Bəziləri də efirlərə çıxarılan qonaqlara görə birbaşa Toliki günahlandırıb. Bildiriblər ki, birinci öz efirlərinizi düzəldin, sonra “TikTok”dan danışarsız.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Bəli, ölkədə olan demək olar ki, bütün kanallarda əxlaqsızlıq,fahişəlik təbliğ olunur,efirlərə çıxan məxluqlar isə,öz silikon arxalarını,sinələrini,dodaqlarını və yaşadığı.cəh cəllalı həyatı reklam etməklə məşğuldur.Qəribədir ki, aidiyyatlı qurumlar ya kor olublar,yada əksinə özləri belə vəziyyətə rəvac verirlər.
    6 months ago