“Paylaşımlarımı heç kimin xahişi ilə etmirəm. Əgər elə olsaydı, heç verilişim də bağlanmazdı...”
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb.
O, siyasi paylaşımlarını heç kəsin xahişi ilə yazmadığını bildirib: Marqarita pizza
“Sözüm bəzi izləyicilərə və bəzi şərh yazanlaradır, mən siyasi xarakterli bir paylaşım edirəmsə, bu mənim öz fikirlərimdir və bu paylaşımları heç kimin xahişi ilə etmirəm. Əgər elə olsaydı, heç verilişim də bağlanmazdı. Sizin düşündüyünüz adamların mənim paylaşımıma heç ehtiyacı da yoxdur. Mən müstəqil Azərbaycanın müstəqil vətəndaşıyam. Hər kəs kimi mənim də öz fikirlərim var. Mənim fikirlərim kimlərləsə üst-üstə düşmürsə, bunu “Tolik kimlərinsə əmrini yerinə yetirir” kimi yozmayın!”
Qeyd edək ki, "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyi nəzərə alınaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.
Telegram kanalımız