Prodüser, aparıcı Tarix Əliyev (Tolik) son vaxtlar artan intihar hadisələrinə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə danışan prodüser valideynlərə səslənib. O, valideynlərə övladları ilə dost olmağı məsləhət görüb:
“İntiharlara dur deməyin vaxtıdır! Valideynlər övladlarınızı incitməyin. Onlarla dost olun. Heç belə mövzularda video çəkib paylaşmamışam, amma 18 yaşlı, 618 bal toplamış Könül balamızın intiharı hamımızı sarsıtdı. Burada ən böyük qınaq yenə də valideynlərə düşür. Övladlarınızı, əsasən də qız uşaqlarını sıxma-boğmaya salmayın. Demirəm ki, onların ipini buraxın, nə istəyirlər etsinlər… Əgər evə yarım saat gec gəlirsə, rəfiqələri ilə haradasa oturursa, telefonda kimləsə danışırsa, bunu ağır cəzalandırma ilə, böyük təpki ilə qarşılamayın”. Dördpendirli pizza
Onun bu paylaşımına gələn rəylər arasında vaxtilə Tolikin özünün də intihar etmək istədiyini xatırladanlar da olub. İzləyicilərindən biri ona “Özünüz həmişə danışırsınız ki, yeniyetmə ikən ananız telefon almır deyə qolunuzu kəsmisiz. Ananınız da gedib kreditlə telefon alıb” – şərhini yazıb.
Prodüser bunun doğru olduğunu, lakin əməlindən peşman olduğunu bildirib:
“Qələt etmişəm, kaş etməzdim. Amma uşağı döyüb, qorxuya salmaq olmaz”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız