Lev Tolstoyun nəticəsi, Fransada yaşayan rusiyalı rejissor Maksim Marduxayev “Qarabağa qayıdış” filmini çəkəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə rejissor İTV-yə danışıb. O, Dağlıq Qarabağın simvollarını bir yerə toplayıb filmdə əks etdirərək bütün dünyada nümayiş etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. Məqsədini reallaşdırmaq üçün Marduxayev bir neçə gün əvvəl Bakıya səfər edib. Bildirək ki, filmdə Şuşanın simvolu olan Xarı bülbül və Qarabağ atlarından bəhs ediləcək. Həmçinin Vətən müharibəsinə geniş yer veriləcək.
Qeyd edək ki, Maksim Marduxayev Qarabağ faciəsi haqda film lentə alan gətirən ilk qərbli rejissordur. O, bu günədək 60 sənədli, 30 yaxın qısametrajlı bədii film ərsəyə gətirib. Onların arasında Azərbaycanda yaşayan dağ yəhudilərinin həyatından bəhs edən “Qırmızı Qəsəbə”, “La Skalanın bənzəri Bakı operası”, “20 Yanvar” kimi keyfiyyəti ilə seçilən filmlər var. Bununla yanaşı, rejissorun “Yolun sonu”, “Unudulmaz ocaq”, “Qayıdış” kimi filmləri var ki, onlar məcburi köçkünlərin həyatından bəhs edir. Bunların arasında “Yolun sonu” filmini xüsusi vurğulamaq yerinə düşər, Çünki filmdə 20 minə yaxın insanın Qarabağdan qaçqın düşərək İmişlidə məskunlaşmasından bəhs edilir. Onun çəkiliş zamanı rejissor həmin insanlarla birlikdə 1 ay vaqon evlərdə qalıb. Onun “Qarabağ, mən səni tərk etmirəm” adlı filmi 2017-ci ildə Parisin Balzak kinoteatrında nümayiş olunub. Dominos pizza
Telegram kanalımız