“Toppuş bacı”da daha bir şiş aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

“Toppuş bacı”da daha bir şiş aşkarlandı

Şou

11 İyun 2020 12:28 2004


“Toppuş bacı” ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın ağ ciyərlərində də xərçəng aşkarlanıb. 

Yenisabah.az xəbər verir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən aktrisa bu haqda sosial şəbəkə hesabında məlumat verib, o, şişin ağ ciyərlərinə yayıldığını bildirib: "Hər birinizə etdiyiniz dualarınıza, narahat olduğunuza görə dərin təşəkkürümü bildirirəm. Bunu da yenəcəm... Sizin dualarınız və həkimlərin sayəsində sağalacam. Bildiyiniz kimi əvvəl uşaqlıq boynunda bədxassəli şiş var idi. Həkimlərin sayəsində yaxşı nəticələr əldə etdik. Apreldə müayinə zamanı məlum oldu ki, böyrək damarlarımda törəmə şişlər var və iki ay müalicə aldım. Nəticə yaxşı oldu. Çox təəssüf edirəm ki, iki gün əvvəl müayinə nəticəsində artıq öyrəndik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah, üçüncü ağır prosesdən də salamat çıxaram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!