“Toppuş bacı“dan üzücü xəbər   - Şiş yayıldı

saytların hazırlanması

Evə çatdırılma

“Toppuş bacı“dan üzücü xəbər - Şiş yayıldı

Şou

23 Avqust 2021 10:28 1643


Uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

Yenisabah.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında aktrisa özü məlumat verib.

O bildirib ki, bədənində yenidən şiş aşkarlanıb: Sezar pizza

"Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə, şiş yayıldı, ağciyərimə keçib. Kimyaterapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunu da atladacam".

"Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir.

Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!