Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev humanitar atəşkəslə bağlı məsələyə aydınlıq gətirib.
Yenisabah.az xəbər verir ki, o, Gəncədə jurnalistlərə açıqlamasında humanitar atəşkəslə bağlı bəzi parametrlərin araşdırılmasına ehtiyac duyulduğunu dilə gətirib.
Qeyd edib ki, düşmən bir tərəfdən humanitar atəşkəs istəyir, digər tərəfdən, Azərbaycanın mülki insanlarına qarşı hücumlar həyata keçirir: "Eyni zamanda, qoşunların təmas xəttində də Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azəbaycanın mövqelərinə qarşı hücumlar olur. Onlar bizim işğaldan azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək üçün bunu edirlər. Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədir”. pizza hut
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda akkredetasiya olunmuş bütün səfirlərin, diplomatik korpusların Gəncəyə səfəri təşkil olunub: “Onlar öz gözləri ilə görsünlər ki, Azərbaycanın Gəncə şəhəri 4 oktyabrdan başlayaraq, Ermənistanın raket zərbələri altındadır. Onlar Ermənistanın bu vəhşiliyini, vandalizmini öz gözləri ilə görmüş olsunlar. Hətta dünən Ermənistanın Müdafiə Nazirliyi çox riyakarcasına, utanmazcasına açıqlama verdi ki, bunu biz törətməmişik. Törətdikləri bu vandalizmi inkar etmək istəyirlər. Amma faktı heç kim gizlədə bilməz”.
Telegram kanalımız