İndoneziyada torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, həftə sonu ölkənin Qərbi Yava əyalətində yerləşən Sumedanq rayonunun Cihanyuanq kəndində baş verən iki torpaq sürüşməsi nəticəsində itkin düşən 26 nəfərin axtarışları davam edir.
Bildirilib ki, torpaq sürüşməsi nəticəsində 13 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. pizza
Qurbanların bəzilərinin xilasedicilər olduğu qeyd olunub. Onlar birinci torpaq sürüşməsi zamanı itkin düşənlərin axtarışı ilə məşğul olarkən ikinci torpaq sürüşməsi baş verib. (APA)
Telegram kanalımız