“Torpaqlarımızın azadlığı uğrunda məsələyə nöqtə qoyulacaq” - Deputatdan mühüm   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Torpaqlarımızın azadlığı uğrunda məsələyə nöqtə qoyulacaq” - Deputatdan mühüm AÇIQLAMA

Siyasət

21 Sentyabr 2020 18:42 1432


“Ölkə başçısı Qarabağ söhbətinə müsahibəsində nöqtəsini qoydu. Yəni artıq biz Ermənistanla danışıqların mənasız olduğunu bilirik”

Yenisabah.az xəbər verir ki, millət vəkili Aqil Abbas deyib. İki öncə cəbhədən qayıdan yazıçı tez bir zamanda torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə nöqtə qoyulacağını bildirib:

“Ölkə başçısı Qarabağ söhbətinə müsahibəsində nöqtəsini qoydu. Yəni artıq biz Ermənistanla danışıqların mənasız olduğunu bilirik. Ölkə başçısı bildirdi ki, geriyə dönüş yoxdur, torpaqlarımızı işğaldan azad edəcəyik. Son zamanlar qardaş Türkiyəylə birlikdə keçirilən təlimlər barədə də möhtərəm prezident fikrini bildirdi. Artıq bu sondur, ATƏT-in bu məsələdə fəaliyyəti vecsizdir, Ermənistan da danışıqlarda başqa bir mövqe sərgiləyir, danışıqları pozur, Qarabağın onların olduğunu iddia edirlər. Ermənilər beynəlxalq hüququn normalarını pozurlarsa, biz də bunu pozacağıq. Əslində heç bir hüququ pozmuruq, biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Möhtərəm prezident öz sərt mövqeyini ortaya qoydu. Mən də inanıram ki, artıq bıçaq sümüyə dirənib və hətta sümüyü deşir. Bunun da cavabı olmalıdır və yəqin ki, buna şahidi olacağıq. Ölkədəki vəziyyətdən də xəbərim var, iki gün öncə cəbhə bölgəsindən qayıtmışam. Bir sözlə, torpaqlarımızın azadlığı uğrunda məsələyə nöqtə qoyulacaq”. pizza mizza

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.  /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!