Torres “Barsa“ya keçidindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Torres “Barsa“ya keçidindən danışdı

İdman

29 Dekabr 2021 10:16 723


"Barselona"nın yeni transferi Ferran Torres "Mançester Siti"dən Kataloniya klubuna keçməsi barədə danışıb. 

Yenisabah.az xəbər verir ki, 21 yaşlı hücumçu "Marca" nəşrinə açıqlama verib: 

"Burada olmaqdan çox şadam. "Barselona"ya keçmək karyeram üçün böyük bir addımdır. Mən böyüməyə davam etmək və qollar vurmaq istəyirəm. Xavinin oyunçu karyerası inanılmaz idi. O, məşqçi kimi fəaliyyətə yeni başlayır, amma yenə də möhtəşəmdir. Dördpendirli pizza

Xavi mənə böyüməyə və irəliləməyə kömək edəcək. Hücumda üç mövqedə oynaya bildiyim üçün fərqli hərəkət edə bilirəm. Komandaya qollarımla, ötürmələrimlə və müdafiə xəttində görəcəyim işlər ilə kömək etmək istəyirəm".

Qeyd edək ki, Torres "Barselona" ilə 5 illik müqavilə imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!