“TOSHİBA” 4 min əməkdaşını işdən çıxarır

saytların hazırlanması

Evə çatdırılma

“TOSHİBA” 4 min əməkdaşını işdən çıxarır

İqtisadiyyat

17 May 2024 14:27 1545


Yaponiyanın elektronika istehsalçısı “TOSHİBA”nın 4 min işçisini ixtisar edəcəyi bildirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “TOSHİBA” özü açıqlama verib. Son maliyyə itkilərinə görə şirkətin yenidən strukturlaşacağı və personalın sayının azaldılacağı bildirilib. 

Şirkət noyabr ayına qədər ölkədə 4 min işçini ixtisar edəcək. İxtisara düşənlər ölkədəki ümumi kadrların 6 faizini təşkil edir. pizza hut

“TOSHİBA”nın baş icraçı direktoru (CEO) Şimada Taro işdən çıxarılmaları “ağrılı bir qərar” kimi qiymətləndirib. “Bu, “TOSHİBA”nın daha 100 il yaşaya bilməsi üçün lazımdır” deyib: 

“Güclü bir məsuliyyət hiss edirəm. Şirkətin islahatlarla insanların ehtiyac duyduğu bir işə çevrilməsi lazımdır. Şirkəti yenidən böyümə yoluna çıxarmağı hədəfləyirik. “TOSHİBA”nın ən yaxşı versiyasını tətbiq etməyə yüzdə 100 hazırıq”. 

Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi böyümə sahələrinə yönəltməyi hədəfləyən "TOSHİBA” törəmə şirkətləri ilə inteqrasiya edərək lazımsız əməliyyatları azaltmağı planlaşdırır. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!