“Roma”nın idman drektoru Françesko Totti klubla yollarını ayırıb.
“Yeni Sabah” xəbər verir ki, bir zamanlar İtaliya klubunun formasını tərlətmiş futbolçunun hazırki vəzifəsindən getməsinə əsas səbəb klubla yaşadığı problemlər olub. Beləki, baş məşqçi seçimində Tottinin qərarlarının nəzərə alınmadığı söylənilir.
Qeyd edək ki, 1992-ci ildə “Roma”da debüt edən Totti 2017-ci ildə futbolçu karyerasını bitirib. “Roma”dan başqa heç bir klubda çıxış etməyən Françesko 2 ildir “Roma”da çalışırdı. pizza sifarişi
Telegram kanalımız