Tovuzda 13 yaşlı qız itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda 13 yaşlı qız itkin düşdü

Hadisə

21 May 2023 11:43 824


Tovuzda 13 yaşlı qız itkin düşüb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Aşağı Quşçu kənd sakini 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub. Toyuqlu pizza

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!