Tovuzda "ASAN Həyat" kompleksi istifadəyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda "ASAN Həyat" kompleksi istifadəyə verildi

Sosial

04 Mart 2020 15:02 658


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. "Yeni Sabah" xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına məlumat veriblər. Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub. Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb. Prezident İlham Əliyev görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!