Tovuzda avtoxuliqan polisi vurdu: Həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda avtoxuliqan polisi vurdu: Həbs edildi

Hadisə

17 Sentyabr 2021 13:07 810


Tovuzda avtomobillə avtoxuliqanlıq edən şəxs həbs edilib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 16-sı saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub. Dominos pizza

İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib və rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!