Tovuzda bir nəfər qatar altına düşdü

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda bir nəfər qatar altına düşdü

Hadisə

02 Yanvar 2024 22:38 848


Tovuz stansiyasında teplovoz dəmir yolu üzərinə çıxmış piyadanı vuraraq öldürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Marqarita pizza

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!