Tovuzda koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. Yaşadığı evi tərk edərək çayxanaya üz tutan COVID xəstəsi saxlanılıb. Daha sonra o, evinə göndərilib.
Fakla bağlı Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Toyuqlu pizza
Telegram kanalımız