Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olundu

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olundu

Hadisə

22 May 2023 15:40 993


Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olunub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. X

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. pizza sifarişi

Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib.

İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib.

Tezliklə qız ailəsinə təhvil veriləcək.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!