Tovuzda məktəbli qız evdən niyə qaçıb? - Özü DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda məktəbli qız evdən niyə qaçıb? - Özü DANIŞDI

Hadisə

04 Aprel 2025 22:37 1555


Tovuz rayonunda 2012-ci il təvəllüdlü A.Süleymanovanın itkin düşməsi və sonradan tapılması haqqında bəzi təfərrüat məlum olub.

Qızın hadisə ilə bağlı məlumat verən babasının sözlərinə görə, axtarışlar nəticəsində onun yeri Gəncə şəhərində müəyyən edilib və polis əməkdaşları tərəfindən Tovuz rayonuna gətirilib.

Yenisabah.az Baku TV-yə istinadən bildirir ki, yeniyetmənin sözlərinə görə, o, məktəbdən çıxaraq piyada gedib və qaranlıq düşdüyü üçün istiqamətini itirib: Dördpendirli pizza

"Məktəbdən çıxdım, piyada gedirdim, qaranlıq düşdü. Fəvvarələrdən sola və ya sağa döndüm, tam yadımda deyil, sonra avtobusa minib Gəncəyə getdim. Gecəni bir binada keçirdim, səhər mağazaya getdim, şirniyyat aldım. Məni evdə heç kəs incitməyib, sadəcə fikrimi dağıtmaq üçün, qorxu filmlərini izləyərək qaçdım. Hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, polis və digər aidiyyəti qurumlar hadisə ilə bağlı müvafiq tədbirlər görüblər və qız ailəsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!