Tovuzda sabiq bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda sabiq bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu

Hadisə

15 Fevral 2025 18:42 245


Tovuz rayonu Alakol Kənd Bələdiyyəsinin sabiq sədri Ceyhun Quliyev barəsində cinayət işi açılıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Tovuz Rayon prokuroru Maarif Hüseynovun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Quliyev vəzifəsindən azad edilib və ölkədən çıxışına qadağa qoyulub.

Belə ki, C. Quliyev 14 bələdiyyə üzvünün, katibin iştirakı olmadan, onlardan xəbərsiz imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edərək, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakininin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!