Tovuzda yanacaqdoldurma məntəqəsində kütləvi dava

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda yanacaqdoldurma məntəqəsində kütləvi dava

Kriminal

28 May 2020 10:21 1181


Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

Yenisabah.az Report-a istinadən məlumatına görə, rayonun Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Z.Əhmədov kütləvi dava zamanı döyülüb. Dava zamanı yeməkxana işçisi olan daha bir şəxs - E.Ismayılov da müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya aparılıb. Dominos pizza

İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin içərisində və ətrafında avtomobillərini təhlükəli sürərək "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub.

Sərxoş halda olduğu bildirilən avtomobildə olan bir qrup şəxslə Z.Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava düşüb. Bu zaman ora yemək aparan E.İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!