Tovuzda yük avtomobilləri toqquşdu, sürücülər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda yük avtomobilləri toqquşdu, sürücülər xəsarət aldı

Hadisə

14 Yanvar 2026 00:59 486


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Kamaz” markalı yük avtomobilləri toqquşub. pizza mizza

Qəza zamanı 1975-ci il təvəllüdlü M. İsmayılov və 1975-ci il təvəllüdlü İ. Mirəliyev xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, onlara yardım edilib və vəziyyətlərinin orta ağır olduğu bildirilir. Xəsarət alan hər iki şəxs sürücülərdir.

Qeyd edək ki, zərbənin təsirindən yük avtomobillərindən biri idarəetməni itirərək yoldan çıxıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!