Tovuzda zəhərlənmə baş verən obyektin fəaliyyəti məhdudlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda zəhərlənmə baş verən obyektin fəaliyyəti məhdudlaşdırıldı

Sosial

25 İyun 2025 21:31 328


Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib. Dördpendirli pizza

Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!