Toy edən bəy və qonaqları saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Toy edən bəy və qonaqları saxlanıldı - Foto

Kriminal

06 İyul 2020 10:50 884


Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) və Yalama Polis Bölməsinə (PB) rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanılıraq polis bölməsinə gətiriliblər. Toyuqlu pizza

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejiminin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!