Toy karvanında “avtoşluq” edənlər 500 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Toy karvanında “avtoşluq” edənlər 500 manat cərimələndi

Hadisə

29 Oktyabr 2024 15:55 694


Toy karvanında avtoxuliqanlıq əməli törədərək sosial şəbəkədə yayımlayan sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açıblar. Onlar ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər. Dördpendirli pizza

Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər 2 şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!