Toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

Sosial

29 Avqust 2025 09:34 5065


Baş Dövlət Yol Polisi İdarəsində toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib.

Yenisabah.az xəbər verir ki, idarənin müşahidələri karvanlara qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaratdığını göstərir:

"Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur. Sezar pizza

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:

- nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,

- yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,

-  ara məsafəsinin gözlənilməsi,

- optimal sürət rejiminin seçilməsi,

- içkili halda sükan arxasına keçilməməsi 

Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!