“Toy müğənnisini təltif edir, amma...“ - Deputatdan nazirə sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Toy müğənnisini təltif edir, amma...“ - Deputatdan nazirə sərt sözlər

Siyasət

05 May 2020 01:57 4511


"Sevil Nuriyeva ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla çevirib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə (bu övladlardan biri də doğuşdan fiziki qüsurludur) 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil".

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O, həm tanınmış tərcüməçisi Sevil Nuriyevanın (Sevil Gültən) problemini gündəmə gətirdiyini, həm də mədəniyyət siyasətində nöqsanların bəzilərini sadaladığını qeyd edib:

"100-dən artıq ziyalı ölkə prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib. Ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək. Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə (əsl sənət adamına deyil ha!) ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək?" pizza hut

Millət vəkilinin sözlərinə görə, eyni şey musiqi məktəbləri ilə də bağlıdır. O, Zabrat qəsəbəsində cəmi bir musiqi məktəbinin olduğunu, onun da yerləşdiyi binanın hər an uça biləcəyini qeyd edib:

"Ərtafdakı 4 böyük qəsəbədə yaşayan insanlar uşaqlarını musiqi təhsili almaq üçün bu məktəbə gətirməlidirlər. Çıxış yolu olaraq düşünüblər ki, məktəbi Maştağada yerləşən Mədəniyyət evinə köçürsünlər. İndi təsəvvür edin, Zabrata gəlməkdə çətinlik çəkən əsasən yoxsul ailələrin uşaqları Balaxanıdan, Zabratdan, Kürdəxanıdan, Məhəmmədidən Maştağaya necə gedib-gələ biləcəkdir? Bu qədər mədəniyyət profilli obyektlər tikilir, çətindirmi ki, övladlarımızın normal musiqi təhsil ala biləcəyi məktəblə təmin edək?". /BakuPost.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!