Toya hazırlaşanlara vacib xəbər: Tələsin, qızıl bahalaşacaq!

saytların hazırlanması

Evə çatdırılma

Toya hazırlaşanlara vacib xəbər: Tələsin, qızıl bahalaşacaq!

İqtisadiyyat

22 May 2024 15:35 1406


Toy mövsümünün başlaması ilə əlaqədar qızıla tələb artıb. Maraqlıdır ki, bu hal qızıl bazarında bahalaşmaya səbəb ola bilər? Dünya qızıl bazarında yay aylarında qiymətlər hansı istiqamətdə dəyişəcək? 

İqtisadçı Asif İbrahimov “Yeni Sabah”a açıqlamasında mövzu ilə bağlı sualları belə cavablandırıb: 

“Dünya qızıl bazarında intensiv olaraq qiymət artımı, yaxud ucuzlaşma prosesi müşahidə olunmağa başlayıb. İndiki dönəmdə keçən ilin fevral-mart ayları ilə müqayisədə bahalaşma müşahidə olunur. Keçən il qızılın bir ünsiyası 1700-1800 dollar idisə, indi bu məbləğ 2000 dollara yüksəlib. Bahalaşmanın əsas səbəbi qiymətli metallara tələbatın artmasıdır. Bu istiqamətdə bir çox ölkələr valyuta ehtiyatları ilə yanaşı, öz rezervlərini qızıl və qiymətli metallarda saxlayırlar. Dünya iqtisadiyyatının lokomotivləri olan bir çox ölkələrin də müəyyən iqtisadi kataklizmalardan keçdiyi görünür. Həmin səbəbdən bank böhranının yaranacağını düşünən ekspertlər qiymətin bahalaşması haqqında məlumat verirlər”.  Dördpendirli pizza

A.İbrahimov payıza qədər qızıl bazarında qiymət dəyişiklikləri olacağını bildirib: 

“Keçən il və bir neçə ay bundan əvvəl sözügedən mövzu barədə danışanda qızılın qiyməti ilə bağlı simulyasiyaların olduğunu deyirdik və FED-in uçot dərəcəsi ilə bağlı verəcəyi qərarları gözləyirdik. Amma qış aylarında Amerikada olacaq prezident seçkiləri ilə əlaqədar bu qərarlar həmin siyasi hadisəyə mütənasib olaraq verilməyə başladı. Nisbətən, qızılın qiymətində cuzi də olsa, ucuzlaşmalar oldu. Lakin tələbatın çoxalması yay aylarında və payıza doğru qızılın qiymətlərinə təsir edəcək və bahalaşmaya səbəb olacaq”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!