Toya tələsən sürücü avtoxuliqanlığa görə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Toya tələsən sürücü avtoxuliqanlığa görə saxlanıldı

Hadisə

08 İyul 2021 23:20 662


Bakıda “BMW” ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Yenisabah.az xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsiylə Bakıxanov prospektinin kəsişməsində avtoxuliqanlıq edən 90-SX-113 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib. Dominos pizza

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.

Hakim humanistlik göstərərək, sürücü barəsində maddi cərimə tətbiq edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!