Toyda arxasını ona çevirən qonşusunu öldürdü   – Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Toyda arxasını ona çevirən qonşusunu öldürdü – Təfərrüat

Kriminal

22 Aprel 2020 13:43 1455


Ağcəbədidə toyda arxasını ona çevirən qonşusunu qətlə yetirən şəxsin məhkəməsi başlayır. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə azadlıqdan məhrum edilən Qurbanzadə Qurban Azər oğlunun məhkəmə prosesinə Ali Məhkəmənin hakimi Hafiz Nəsibov sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Sadıqova Zöhrə Hafiz qızı tanınıb. 

Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Qurbanzadə 17 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində isə Qurban Qurbanzadənin cəzası bir az da ağırlaşdırılıb.  Dördpendirli pizza

Hadisə 2018-ci il sentyabrın 4-də, gecə saat 22 radələrində rayonun H.Aslanov küçəsindəki "Qızıl Saray" şadlıq evində keçirilən toy məclisində baş verib. Qurban Qurbanzadə həmin məclisdə onunla eyni stolun baş tərəfində əyləşmiş qonşusu Zaur Sadıqova arxasını çevirərək əyləşməsini irad tutub. Zaur Sadıqov isə ona etiraz edib, deyib ki, arxa çevirərək oturmağın hörmətsizlik olması harada yazılıb... 

Bundan əsəbiləşən Qurban Qurbanzadə masanın üzərində iç-içə qoyulmuş boşqabları Zaur Məzahir oğlu Sadıqovun başına vurub. Daha sonra bıçaqla onun döş və qarın nahiyəsinə zərbələr endirib. Zaur Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!