Prokurorluq toydakı dava haqda açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq toydakı dava haqda açıqlama yaydı

Kriminal

26 İyul 2021 09:42 1281


İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Daşkəsən rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki,  rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini  Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu  qəsdən öldürüb.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sezar pizza

Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq  davam edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!