Toyda olan qonşusuna “toy tutdu“

saytların hazırlanması

Evə çatdırılma

Toyda olan qonşusuna “toy tutdu“

Kriminal

24 Yanvar 2022 13:01 694


Toyda olan qonşusunun evindən oğurluq edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran rayonunun Osaküçə kənd sakini olan bir şəxs polisə müraciət edərək toy məclisində olduqları vaxt naməlum şəxsin yaşadıqları evdən 1 ədəd mobil telefon və 100 manat pul oğurladığını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən Osaküçə kənd sakini Zamin Nağıyev saxlanılıb. Oğurladığı mobil telefon gizlətdiyi yerdən aşkarlanaraq götürülüb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!