Toyda oynadığı adamların telefonunu oğurladı   – Bakıda kuryoz oğurluq 

saytların hazırlanması

Evə çatdırılma

Toyda oynadığı adamların telefonunu oğurladı – Bakıda kuryoz oğurluq 

Kriminal

11 May 2020 16:43 1165


Bakının Nizami rayonunda yerləşən şadlıq evlərinin birində qəribə oğurluq cinayəti qeydə alınıb. 

“Yeni Sabah”ın məlumatına görə, Xankişiyev Fuad Məhəmmədnəbi oğlu toya dəvətli qismində daxil olaraq masaların birində əyləşərək yaxşı yeyib-içib, hətta qonaqlarla birgə rəqs də edib. Sonra isə başı şənlənməyə qarışan qonaqların 10 ədəd mobil telefonunu masaların üzərindən götürərək aradan çıxıb. Hadisədən qısa müddət keçdikdən sonra telefonu oğurlanan qonaqlar dərhal şadlıq evinin rəhbərliyinə məlumat veriblər. Əraziyə polis əməkdaşları çağırılıb və kamera görüntüləri vasitəsi ilə F.Xankişiyev müəyyən edilərək saxlanılıb və oğurlanan telefonlar sahiblərinə qaytarılıb. İlkin istintaq hərəkətləri zamanı F.Xankişiyevin əvvəllər şadlıq evlərinin qarşısından avtomobil oğurladığı üçün məhkum olunduğu da üzə çıxıb. 

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb və toplanmış materaillar Nizami Rayon Məhkəməsinə göndərilib. F.Xankişiyevin cinayət işi araşdırılmaq üçün hakim Nəriman Mehdiyevin icraatına verilib. Qeyd edək ki, zərərçəkənlər arasında vəkil, universitet müəllimi kimi tanınmış simalar var.  Dördpendirli pizza

Azər Israfilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!