Toyda zəhərlənən müğənni danışdı: “Ölümdən qayıtdım”

saytların hazırlanması

Evə çatdırılma

Toyda zəhərlənən müğənni danışdı: “Ölümdən qayıtdım”

Sosial

20 Aprel 2025 09:11 2730


Bakıda "Venesiya" şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənmə baş verib.

“Yeni Sabah” Milli.Az-a istinadla xəbər verir ki, toy məclisində müğənni kimi iştirak edən Dərya Dünya da zəhərlənənlər arasında olub.

Müğənni bildirib ki, toyda onun da halı pisləşib. Dördpendirli pizza

"Şükür, indi normalam, ölümdən qayıtdım".

Xatırladaq ki, zəhərlənmə qonaqlar zalda olarkən baş verib və təcili yardım briqadaları çağırılıb.

Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!