Toylara qadağa gəlir? –   DEPUTATDAN AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Toylara qadağa gəlir? – DEPUTATDAN AÇIQLAMA

Sosial

27 Sentyabr 2025 12:36 61074


“Əslində bu məhdiyyətlərdən daha önəmli olan, sadə alternativlərin yaradılmasıdır. Bizdə sadə alternativlər yoxdur. Elə şadlıq evləri var ki, keyfiyyətsiz xidmət müqabilində, daha çox imkansız insanların burada tədbir keçirməsini təklif edə bilirlər. Bu da o qədər effektiv hal sayılmır. Çünki xidmət bütün hallarda keyfiyyətli olmalıdır”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa “Musavat TV”yə açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, insanların həyat tərzinə və başqa məsələlərə qarışmaq olmaz:

“Digər məsələlərdə də insanların müəyyən dərəcədə maariflənməsinə ehtiyac var. Bunun üçün də xüsusən öndə gedən insanlar, vəzifəli şəxslər bu məsələdə daha çox addımlar atmalıdır ki, cəmiyyətə müəyyən nümunə olsun. Amma yenə də sadə, alternativ imkanlar olmalıdır. Məsələn, imkanı olmayan ailələrin toy və başqa məclisləri təşkil etməsi forması hər halda seçim imkanları olmalıdır. Daha zəngin və imkanlı insanlar onsuz da seçimlərini edib bunu gerçəkləşdirəcəklər. Bu, biraz da həssas məsələdir. İnsanların həyat tərzinə və başqa məsələlərə qarışmaq olmaz. Amma təm-təraq, israfçılıqla bağlı müəyyən tənzimləmələr ola bilər. Amma bütövlükdə bunu bir çərçivəyə salmaq, say göstərmək, məhdiyyət qoymağın da sıxıntıları ortaya çıxa bilər. Bu da müəyyən korrupsiya hallarına yol açar. Bu baxımdan, məncə məsələyə biraz daha şərtlərimizə uyğun baxılması daha yerində olardı. Hər halda, məncə israfçılıq həddən artıq böyükdür. İzafi xərclər yeni ailə həyatının qurulmasında sıxıntılar yaradır. Biz bunu düşünməliyik. Buna konkret, standart ölçülər qoymadan belə, cəmiyyətdə bəlli bir nəzarət mexanizmini gücləndirərək, bu sahədə olan müəyyən boşluqları, israfçılıq elementlərini aradan qaldırmaq mümkündür”. pizza

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehdi Həsənov
    İnəkləri dabaq xəstliyi götürüb gedir, örüş sahəsini məmurlar əkib talayır. buna bir qanun layihəsi hazırlayın. vaksini dövlət vura bilmirsə çıxarsın satışa vətəndaş özü vaxtında alıb vursun inəklərinə.
    8 months ago
  • Araz
    Məsələnin həlli nə kasıbda, nə imkanlı toy edəndədir. Şadlıq saraylarının sahiblərindədir, konkret menyunu qoyur adamın qabağına ki, mən bunları verəcəm, xoşun gəlmir get başqa yerə, başqa yerdə eyni... yoxsa hamı menyuda olan lazımsız salatlardan, yeməklərdən, içkilərdən imtina edər. Məsələn toylarda, şampanla, konyak ümumiyyətlə lazımsız bir şeydir. Təkrar təkrar satılan bu içkilər pul tələsidir. Və s.
    8 months ago
  • Aləmşah bəyim
    Nə vaxt eşidirəm ki biri məcburən aldığı bank kreditini verə bilmir. Bilirəm ki toy etməkçün alıb. Toy xəstəliyi var bizim toplumda. Şöhrət xəstəliyi. O pulu gənclərin özünə verə bilərdi. Amma ağıl yoxdu ha...
    8 months ago
  • Tahir Əıiyev
    İnsanlar toyunu da,yasını da necə istəyir helə də eləsin.Vacib məsələ odurki,bunları etmək üçün pul qazansınlar.Pul qazanmaq üçün isə nə iş yeri var,nə də qazanmağa imkan verən.
    8 months ago
  • Mətanət Xəlilova
    Bir zəhmət insanlarin işsizliyini,is yerlərində yas məhdudiyyətlərinin qoyulmasini muzakire etsinlər.35,45+ işə götürmürlər.onlar nə etməlidir.bunu müzakirə etsinlər.
    8 months ago
  • Dgh
    Ay yaltaqlar niyə qoymursunuz ki xalq öz sözünü yazsın . O, deputatlar getsinlər toyları yox , iş yerlərinin açılmasını , sərhədlərin açılmasını müzakirə etsinlər !
    8 months ago
  • Niyaz
    ẞiksyətimi niyə görə işıqlandırmayırsınız?
    8 months ago