Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi açıqlama

Sosial

16 May 2020 12:20 1020


Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən  sözügedən mövzu müzakirələrə səbəb olub.

Toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır: "Ramin Bayramlı belə bir açıqlama verməyib". Sezar pizza

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!