Toylarda yemək verilməyəcək – Yeni qayda

saytların hazırlanması

Evə çatdırılma

Toylarda yemək verilməyəcək – Yeni qayda

Dünya

26 Avqust 2020 07:31 1004


Türkiyənin 14 əyalətində koronavirusa yoluxma sayında artım səbəbindən sabahdan etibarən yenidən məhdudiyyətlər tətbiq olunacaq.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri 1 saatdan artıq keçirilməyəcək. Toy və nikah zamanı yemək verilməyəcək, rəqslər qadağan olunacaq.

Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylara gəlişi qadağandır. Məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunmalıdır.   Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!