Toyuna az qalmış faciəli şəkildə ölən Arzu tələbə imiş

saytların hazırlanması

Evə çatdırılma

Toyuna az qalmış faciəli şəkildə ölən Arzu tələbə imiş

Hadisə

28 Sentyabr 2024 20:54 837


Tərtərdə faciəli şəkildə ölən 21 yaşlı Arzu Niftalıyeva tələbə imiş.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, mərhum Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbəsi olub. pizza hut

O, Ekologiya və torpaqşünaslıq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, A.Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, Arzunun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!