Toyuq dönərində ölüm saçan hiylə: Ağardıcı ilə əti ağardırlar

saytların hazırlanması

Evə çatdırılma

Toyuq dönərində ölüm saçan hiylə: Ağardıcı ilə əti ağardırlar

Sosial

05 Aprel 2025 00:42 357


Kəskin qoxu verən, tullantı halına gəlmiş toyuq ətləri bəzi dönər istehsalçıları tərəfindən istifadə olunur. Bu ətlər əvvəlcə ağardıcı vasitəsilə rəngsizləşdirilir, daha sonra yenidən bişirilib satışa çıxarılır.

Yenisabah.az xəbər verir ki, bu sözləri qastroenteroloq Vedat Göral deyib.

Göral məsələni “adam öldürməyə cəhd” kimi qiymətləndirib. Dominos pizza

O, vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, toyuq dönəri hər yerdə yeyilməməlidir. Ekspertin sözlərinə görə, bəzi yerlərdə köhnə, artıq bişirilmiş dönər parçaları yeni dönərin arasına əlavə edilir. Bu isə zəhərlənmə riskini daha da artırır.

Mütəxəssis onu da əlavə edib ki, toyuq dönərinin hazırlanma prosesi də çox önəmlidir. O, toyuq ətinin daxili hissəsinin ən azı 75°C-də bişirilməsinin vacibliyini vurğulayıb:

“Ətin bərabər şəkildə bişməsi və düzgün temperaturda hazırlanması zəhərlənmələrin qarşısını ala bilər”.

Xatırladaq ki, Türkiyənin Kocaeli vilayətində 648 nəfər toyuq dönərindən zəhərlənib. Onlardan əksəriyyəti müalicədən sonra evə buraxılıb, lakin 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı dönərxana işciləri saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!