Toyuq ətinin içərisində narkotik keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Toyuq ətinin içərisində narkotik keçirmək istədi

Kriminal

18 Oktyabr 2021 11:15 638


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səyavuş Elşad oğlu İbrahimova tanışı Ucar şəhər sakini Elşən Tapdıq oğlu Musayev tərəfindən göndərilmiş sovqata baxış keçirilib.

Baxış zamanı orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,836 qram olan narkotik-maddə heroin və ümumi çəkisi 0,763 qram olan psixotrop maddə-metamfetamin aşkar edilib.  Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!