Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, bunu Super Liqa təmsilçisi açıqlayıb.
Trabzon klubunu Eddi Nyuton çalışdıracaq. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan klub sonda seçimini bunadək əsas komandada köməkçi məşqçi vəzifəsini tutan 48 yaşlı ingiltərəli mütəxəssisin üzərində dayandırıb. pizza hut
Qeyd edək ki, Nyuton uzun illər formasını geyindiyi “Çelsi”də köməkçi məşqçi kimi Çempionlar Liqasının 2011/12 mövsümünün qalibi olub.
Telegram kanalımız