“Traktor” İran kubokunu qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Traktor” İran kubokunu qazandı

İdman

03 Sentyabr 2020 22:29 1003


Futbol üzrə İran kubokunun qalibi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Tehrandanın "Azadi" stadionunda baş tutan final matçında yerli komanda "İstiqlal"la "Traktor" üz-üzə gəlib. Təbriz klubu ilk hissədə 3 cavabsız qolla önə keçib. "İstiqlal"ın gücü fasilədən sonra fərqi minimuma endirməyə çatıb.

Beləliklə, rəqibi üzərində 3:2 hesablı qələbə qazanan "Traktor" 5-ci dəfə iştirak etdiyi İran kubokunun finalında 2-ci qələbəsini qazanıb. Təbrizlilər buna qədər 2014-cü ildə həmin titula yiyələnmişdi. Komanda 1976, 1995 və 2017-ci ildəki həlledici matçda isə məğlub olub. pizza

12-ci dəfə finalda oynayan "İstiqlal" 5-ci yenilgisini alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!