Tramp: ABŞ TikTok-un yarısına sahib olmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Tramp: ABŞ TikTok-un yarısına sahib olmalıdır

Dünya

21 Yanvar 2025 08:35 183


ABŞ lideri Donald Tramp bildirib ki, ABŞ TikTok platformasının yarısına sahib olmaq hüququna malik olmalıdır.

APA xəbər verir ki, Prezident bu barədə Ağ Evin Oval Ofisində jurnalistlərə bildirib.

“Düşünürəm ki, TikTok ilə birgə müəssisəmiz olacaq. Gəlin görək nə baş verir. Bu, çoxsaylı fikirlərdən biridir. TikTok-un 50%-nə sahib olacağıq və TikTok-un işini davam etdirməsinə icazə veriləcək”, - Tramp əlavə edib. Marqarita pizza

Dövlət başçısı həmçinin ölkədə platformanın bloklanmasının ən azı 75 gün təxirə salınmasını nəzərdə tutan sərəncam imzalayıb.

O, həmçinin Pekinin TikTok razılaşmasına qarşı çıxacağı təqdirdə Vaşinqtonun Çin mallarına rüsumlar tətbiq etməyə hazır olacağı barədə xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!